Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov “Qarabağ triosu” ilə birlikdə daha bir qastrol səfərinə hazırlaşır. Bu dəfə sənətçilərimiz Danimarkanın paytaxtı Kopenhagenə gedəcək.
   Səfər barədə məlumat verən Mənsum İbrahimov bildirib ki, onlar Kopenhagendə keçiriləcək 11-ci WOMEX (World Music Expo) - dünya etnik musiqiləri üzrə beynəlxalq sərgidə iştirak edəcəklər: “Müxtəlif ölkə təmsilçilərinin qatılacağı bu sərgiyə Azərbaycan ilk dəfə gedir. Orada iştirak üçün minlərlə ərizə daxil olmuşdu. Gözləmədiyimiz anda bizə cavab gəldi ki, festivala seçilmişik. Təbii ki, çox sevindik. Çünki bu sərgi-festival dünyaca məşhurdur”.
   Xanəndənin sözlərinə görə, festivalda həmişəki kimi “Qarabağ triosu” adı altında çıxış edəcəklər. Trioya Xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) daxildir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar