Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri Avropanın mötəbər musiqi festivallarından olan Münxen Opera Sənəti festivalında iştirak edib. 
   Avqustun 4-dən 9-dək Almaniyada olan orkestr festivalın qala-konsertində çıxış edib. Musiqi kollektivinin ifasında Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və başqalarının əsərləri təqdim olunub.
   Qeyd edək ki, Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri 2007, 2008 və 2010-cu illərdə də Münxen Opera Sənəti festivalında iştirak edib.
   Kollektivin çıxışları həm festivalın təşkilatçıları, həm də musiqi tənqidçiləri və sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar