Daha iki ölkə Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakını təsdiqləyib. San-Marino və 2011-ci ildən müsabiqəyə qayıdan, builki yarışmanın böyük beşliyinə daxil olan İtaliya Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək ölkələr sırasına qoşulub. Bununla da müsabiqədə iştirak edəcək ölkələrin sayı 25-ə çatıb.
Bunlar Azərbaycan da daxil olmaqla, Türkiyə, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya və Sloveniyadır.