Qəbələ III Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli musiqi bayramının Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfə olduğunu bildirib:
   
   - Mən bu festivalı Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təsiri baxımından həm mədəni, həm də siyasi tədbir adlandırardım. Hesab edirəm ki, bu musiqi bayramı mədəniyyət dəyərlərinin təbliği ilə yanaşı, həm də siyasi əhəmiyyətə malikdir. Biz xarici ölkələrdən gəlmiş musiqiçilərlə süfrə arxasında ümumi söhbətlər apararkən, yol gedərkən, gəzinti zamanı həm də onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verirdik. Xoşbəxtəm ki, festival günlərində bu vacib informasiyanı xarici musiqiçilərə çatdıra bildik.
   Təxminən 20 gün davam edən Qəbələ III Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün növbəti ən yaxşı fürsət idi və zənnimcə, biz bu istəyimizə nail olduq. Builki festivalın proqramını daha da zənginləşdirərək oraya Azərbaycanla bağlı bir neçə konsert də əlavə etdik. Konsertə gələn musiqisevərlər Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini dinləyirdilər.
   Sonsuz minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
   Bu baxımdan Qəbələ Beynəlxalq musiqi festivalının artıq gözəl bir ənənəyə çevrildiyini deyə bilərik. Onu da inamla deyə bilərik ki, artıq Qəbələ əyaləti təmsil edən adi bir yaşayış məskənindən milli musiqi ilə klassik musiqinin, Şərq musiqisi ilə Qərb musiqisinin həmahənglik təşkil etdiyi mədəniyyət mərkəzinə çevrilməkdədir. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən atılan növbəti uğurlu addımdır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən bu tədbirlər ildən-ilə dünyada daha çox tanınır. Fondun təşəbbüskarlığı və yüksək təşkilatçılığı olmasaydı, biz heç vaxt bu tədbiri belə uğurla yekunlaşdıra bilməzdik. Ona görə də biz bir daha Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar