Məşhur azərbaycanlı cazmen Əminə Fiqarovanın növbəti Amerika turnesi həmişə olduğu kimi ölkənin ən böyük səhnələrindən keçəcək. Ötən il sənətçi öz qrupu ilə dünyanın ən məşhur Nyu Port caz festivalında çıxış etmişdi. Bu festivalda səhnəni o, məşhur caz ulduzları Uinton Marsalis və Herbi Henkokla bölüşmüşdü. Bu il isə Əminə Fiqarovanın qrupu Detroytda keçiriləcək böyük festivala qatılacaq.
   Festivaldan öncə isə soydaşımızın Minneapolis, Viskonsin, Çikaqo, Tinek və İndianapolis şəhərlərində konsertləri olacaq. Azərbaycanlı cazmenin Nyu-Yorkda da konserti olacaq. Əminə Fiqarova bu konserti xüsusi səbirsizliklə gözlədiyini deyir.
   Çünki Amerikanın 2001-ci ilin 11 sentyabr faciəsini yaşadığı günlərdə Əminə Fiqarova da Nyu-Yorkda idi. Bu hadisədən təsirlənən musiqiçi “Sentyabr süitası”nı yazdı. Əsərin hər bir hissəsi insanların başına gələn fəlakəti mərhələ-mərhələ əks etdirir. Amerikanın “Caz vaxtı” jurnalı “Sentyabr süitası”nı bu mövzuda yazılmış ən mükəmməl əsər adlandırıb. Müəllif əsəri bu il Nyu-Yorkda faciənin 10 illiyinə həsr olunmuş konsertdə ifa edəcək.
   Qeyd edək ki, son vaxtlaradək Niderlandda yaşayan Əminə Fiqarova hazırda Nyu-Yorkda yaşayır. Cazmen öz qrupu ilə Amerika turnesinə çıxmazdan öncə, bu həftə Avropada konsertlər verəcək.
   
    Sədaqət Yusifqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar