Nəzakət Teymurova “Şərq təranələri” festivalının xüsusi mükafatına layiq görülüb
   
   Qədim Səmərqənd şəhərinin məşhur Registan meydanında UNESCO-nun himayəsi altında “Şərq təranələri” VIII Beynəlxalq musiqi festivalı başa çatıb. Bu mötəbər musiqi bayramında dünyanın 56 ölkəsindən ifaçılar, muğam biliciləri və musiqi nəzəriyyəçiləri iştirak ediblər.
   Festivalda Xalq artisti Nəzakət Teymurovanın \"Xarı bülbül\" xalq çalğı alətləri ansamblının müşayiəti ilə ifa etdiyi Azərbaycan xalq mahnıları böyük maraqla qarşılanıb. Özünün ecazkar səsi ilə tamaşaçıların rəğbətini qazanan azərbaycanlı muğam ustası Nəzakət Teymurova bu mötəbər festivalda UNESCO-nun \"Ən gözəl səs\" xüsusi mükafatına layiq görülüb.
   Musiqi bayramında Səmərqənddə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri, Özbəkistandakı diaspor təşkilatlarımızın nümayəndələri iştirak ediblər.
   Xatırladaq ki, 1997-ci ildə keçirilmiş “Şərq təranələri” Birinci Beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil etmiş müğənni Simarə İmanova ən yüksək mükafata - “Qran-pri”yə layiq görülmüş, sonrakı illərdə Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə ikinci yerləri tutmuşlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar