Oktyabrın 1-də Heydər Əliyev Sarayında gənc və istedadlı müğənni Murad Sadıxın “Yaşayıram - oxumaq üçün, oxuyuram - yaşamaq üçün” adlı solo konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən bildiriblər ki, Əməkdar artist Tünzalə Ağayevanın aparıcılığı ilə keçiriləcək konsertdə müğənnini “Spayder” şou-balet qrupu və instrumental ansambl müşayiət edəcək. Konsertdə həmçinin populyar müğənnilərin iştirakı da gözlənilir.
Murad Sadıx bir sıra nüfuzlu yerli və beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı və qalibidir. Müğənni “Bakı Gecələri” estrada mahnı müsabiqəsi (ən yaxşı ifa nominasiyası), “Həyatın sərhədsiz imkanları” adlı III Beynəlxalq Əlillərin yaradıcılığı festivalı (vokal nominasiyası), “Sankt-Peterburqun ümid verən ulduzu” beynəlxalq festivalının diplomantı adına layiq görülüb.