Festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunur
   
   Azərbaycan professional musiqisinin banisi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü münasibətilə 2009-2010-cu illərdə respublikamızda beynəlxalq musiqi festivalları keçirilib.
  
   I və II Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
   Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” 21 yanvar 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 30-dək Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
   Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Çənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər - Yekaterinburq Opera və Balet Teatrı, “Ferens List”, “Veritas”, Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və s. tanınmış musiqiçilər iştirak edəcəklər.
   Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il dahi bəstəkarın doğum günü - 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyq olunur. Bu il də əlamətdar gün müxtəlif tədbirlərlə qeyd olunacaq. Sentyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, mədəni ictimaiyyətinin təmsilçiləri, tanınmış sənət xadimləri Fəxri xiyabandakı Üzeyir Hacıbəylinin, burada uyuyan incəsənət korifeylərinin məzarlarını ziyarət edəcəklər. Sonra Milli Musiqi Günü ilə bağlı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında təntənəli tədbir keçiriləcək. Tədbir dahi bəstəkarın ev-muzeyində xatirə mərasimi ilə davam edəcək.
   Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının açılış mərasimi gerçəkləşəcək. Mərasimdə Elnarə Kərimovanın rəhbərliyi ilə “Buta” kamera xorunun ifasında konsert proqramı təqdim olunacaq.
   Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Yekaterinburq Dövlət Akademik Opera və Balet Teatrının (Rusiya) təqdimatında Xalq artisti, tanınmış bəstəkar Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunacaq.
   Sentyabrın 20-də festival Milli Kitabxanada “Azərbaycanın səs xəzinəsi” kataloqunun birinci buraxılışının, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Müslüm Maqomayev. Biblioqrafiya” kitabının təqdimatı ilə davam edəcək. Həmin gün Azərbaycan Milli İncəsənət Muzeyində “Bilitis duetinin (Hollandiya), Dövlət Filarmoniyasında isə Vyana Kamera Orkestrinin (Avstriya) konserti təqdim olunacaq.  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar