Los-Anceles kamera orkestrinin silsilə konsertləri çərçivəsində Azərbaycanın baş konsulunun iqamətgahında klassik musiqi gecəsi keçirilib. Baş konsulluğun dəstəyi ilə təşkil edilmiş gecədə pianoçu Timoti Andres, klarnetçi Derek Bermel və orkestrin rəhbəri Cefri Kaheyn öz kompozisiyalarını təqdim edib, Motsart, Brams və Şumanın seçilmiş əsərlərini ifa ediblər. Musiqiçilər tədbirin Üzeyir Hacıbəylinin ad günü ilə eyni vaxta düşməsini vurğulayaraq “Sənsiz” kompozisiyasının orijinal instrumental versiyasını təqdim ediblər. Baş konsul Elin Süleymanov Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafına töhfələrindən söhbət açıb, Azərbaycanın zəngin mədəni ənənələri barədə qonaqları məlumatlandırıb, 1908-ci ildə müsəlman Şərqində ilk operanın Bakıda tamaşaya qoyulmasını xatırladıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar