Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı davam edir. Oktyabrın 19-da festivalın proqramına uyğun olaraq Beynəlxalq Muğam Mərkəzində “Yeni adlar” caz layihəsində Zaur Mirzəyev çıxış edib. Növbəti konsert proqramında isə Montre beynəlxalq caz festivalının laureatı, tanınmış caz musiqiçisi Şahin Növrəslinin çıxışı olub. Gənc ifaçı Ş.Növrəslinin çıxışı alqışlarla qarşılanıb, onun məharətlə ifa etdiyi caz kompozisiyaları maraqla dinlənilib.
   Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində tanınmış cazmen, həmyerlimiz, hazırda ABŞ-da yaşayan Əminə Fiqarovanın konsert proqramı təqdim olunub. Bakı Caz Mərkəzində isə “Aleksandr Maşin və dostları” caz qrupu çıxış edib.
   Festival oktyabrın 29-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar