Fransada fəaliyyət göstərən Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə “Azərbaycana səyahət” devizi altında Azərbaycan musiqisi ilə bağlı silsilə tədbirlər təşkil edəcək. Noyabrın 19-dan başlayacaq silsilə tədbirlərin ilk günü “Hazırkı Azərbaycan musiqisində müasirlik və ənənələr” mövzusuna həsr olunacaq. Fransada çalışan həmyerlimiz Səidə Zülfüqarova pianoda məşhur bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev və Oqtay Zülfüqarovun əsərlərini ifa edəcək. S.Zülfüqarovanı fransız həmkarları Marsial Budrən (skripka) və Pyer Abedun (violençel) müşayiət edəcəklər.
   Noyabrın 20-də “Azərbaycan bəstəkarı Qara Qarayev və onun müəllimi Dmitri Şostakoviç” mövzusunda növbəti konsert proqramı keçiriləcək. Konsertdə iki məşhur bəstəkarın dostluğundan bəhs edən sənədli film nümayiş etdiriləcək, Qara Qarayevin və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.
   Dekabrın 6-da “Mstislav Rostropoviç Bakıda” adı altında keçiriləcək tədbirdə isə dahi violonçelçalanın həyatından və yaradıcılığından, onun iştirak etdiyi konsertlərdən bəhs edən sənədli filmlər, həmçinin sərgi nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar