Parisdəki Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Azərbaycana səyahət” devizi altında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə tədbirlərin davamı olaraq noyabrın 23-də Adyar konsert salonunda “Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə” adlı konsert proqramı təşkil edilib.
   Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun, fransız musiqisevərləri nümayəndələrinin və diaspor təmsilçilərimizin iştirak etdiyi konsertin birinci hissəsində azərbaycanlı skripkaçı Cavad Tağızadə və finlandiyalı pianoçu Jeva Martila dahi Azərbaycan bəstəkarı Qara Qarayevin piano və skripka üçün sonata və “Tsarskoye seloda heykəl” əsərlərini ifa ediblər. Mayu Sato-Bremod, Hyovon Çi və Karolin Liebi Qara Qarayevin müəllimi olmuş görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin əsərlərindən parçaları səsləndiriblər.
   İkinci hissədə bəstəkar Firəngiz Əlizadə tanınmış violonçel ifaçısı İvan Monigetti ilə birlikdə tələbkar fransız musiqisevərləri qarşısında çıxış ediblər. Dirijor Aleksandr Qrandenin rəhbərlik etdiyi ansamblın ifasında F.Əlizadənin “Krossinq ll” əsəri də tamaşaçılarda xoş təəssürat yaradıb.
   Azərbaycanlı bəstəkarın hər çıxışı iştirakçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar