Azərbaycan səhnəsində üç tenor məşhur ifaçı Mario Lantsaya həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. “Buta” İncəsənət Mərkəzinin yeni layihəsi dekabrın 3-də Bakıda Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək.
   Tenorlar əfsanəvi Müslüm Maqomayevin repertuarından əsərləri səsləndirəcəklər. Konsert Buta İncəsənət Mərkəzi və Rusiyanın “Dünya İstedadları” Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Konsertdə tenorlar Alexandro Olmedo (ABŞ), David Qvinianidze (Rusiya) və Anton İvanov (Rusiya) çıxış edəcəklər. Buta İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev bildirib ki, yeni layihə klassik vokal musiqisinin, tenor ifasının gözəlliyini insanlara təqdim edəcək və ölməz Müslüm Maqomayevin irsini bir daha bizlərə xatırladacaq.
   Qeyd edək ki, David Qvinianidzenin rəhbərlik etdiyi “Dünya İstedadları” Fondu Rusiyanın ən yaxşı konsert təşkilatlarından biridir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar