Samaralılar “Dəniz”i çox bəyəniblər
Tanınmış pianoçu, Əməkdar artist Murad Adıgözəlzadə Rusiyanın Samara şəhərində Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı ilə çıxış edib.
Konsertdə pianoçu Timur Zəngiyevin rəhbərlik etdiyi filarmoniya orkestrinin müşayiəti ilə klassik bəstəkarların əsərlərini, həmçinin Fərhad Bədəlbəylinin “Dəniz” əsərini ifa edib.
Murad Adıgözəlzadənin verdiyi məlumata görə tamaşaçılar dinlədiyi sonuncu ifanı o qədər bəyəniblər ki, musiqiçidən onu təkrar ifa etməyi xahiş ediblər.
“Samaralıların klassikaya, xüsusən də bizim musiqiyə göstərdiyi isti münasibət mənə çox xoş idi. “Dəniz” onlara böyük təsir göstərdi, bunu onların fasiləsiz alqışlarından hiss etmək olurdu”, - deyə Murad Adıgözəlzadə qeyd edib.