Klassik musiqi bayramı dekabrın 10-da başa çatacaq
   
   Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı uğurla davam edir.
   
   Görkəmli musiqiçi Mstislav Rostropoviçin xatirəsinə həsr olunan ənənəvi festivala Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya və Fransadan məşhur musiqiçilər və kollektivlər - Viktor Tretyakov, Dmitri Yurovski, So Younq Yoon, İqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları iştirak edirlər.
   Dekabrın 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilmiş növbəti konsert görkəmli opera müğənnisi, SSRİ Xalq artisti, Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskayaya həsr olunub. Konsertdə Nijni Novqorod Filarmoniyasının M.Rostropoviç adına Akademik Simfonik Orkestrinin ifasında klassik musiqi əsərləri səslənib.
   Konsert maraqlı ariya və duetlərlə yaddaqalan olub. Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin solistləri Konstantin Brjinskinin, Elçin Əzizovun (bariton), İrina Dubrovskayanın, İnna Zvenyatskayanın (soprano), Sergey Polyakovun (tenor), Alina Şakirovanın (mezzo-soprano) ifalarında C.Rossininin, V.Bellininin, P.Çaykovskinin, K.Sen-Sansın, J.Offenbaxın, L.Delibin, C.Verdinin, İ.Kalmanın opera və operettalarından parçalar səslənib.
   Klassik əsərlərin yüksək səviyyədə ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Dekabrın 8-də festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında “Tanqo gecəsi” adlı konsert proqramı təqdim olunub. Konsertdə solistlər Luis Bakalov (piano), Eduardo Hubert (piano), Maykl Quttman (violin) və Xuanxo Mosalini (bandoneon) çıxış ediblər.
   Dekabrın 9-da Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) təqdimatında növbəti konsert keçiriləcək. Solist Cənubi Koreyadan vilolin ifaçısı, G.Venyavski adına XIV Beynəlxalq müsabiqənin 1-ci mükafatı laureatı Yun Soyenq olacaq.
   Festivalın dekabrın 10-da Dövlət Filarmoniyasında gerçəkləşəcək bağlanış mərasimində Paris Kamera orkestri (dirijor Lourens Foster (ABŞ), solist Jan-İv Tibode (piano, Fransa) çıxış edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar