“Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində dekabrın 14-də Bakıda təhlükəsizlik və ictimaiyyətlə əlaqələrə həsr olunmuş iclas keçiriləcək.
Müsabiqənin işçi qrupundan bildirilib ki, Avropa Yayımları Birliyinin nümayəndələrinin iştirakı ilə keçiriləcək toplantıda “Eurovision-2012” mahnı müsabiqəsində təmsil olunacaq nümayəndə heyətlərinin, şounun keçiriləcəyi məkanın təhlükəsizliyinin təşkili məsələləri, digər toplantıda isə müsabiqə dövründə media ilə münasibətlər və ictimaiyyətlə əlaqələr müzakirə olunacaq.
İclaslarda Avropa Yayımları Birliyini Eurovision mahnı müsabiqəsinin Baş prodüseri Yan Ola Sand, “Eurovision” TV-nin direktoru Jorqan Frank, Eurovision mahnı müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil edəcəklər.