Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun Yeni il qabağı görüşü
   
   Dekabrın 10-da Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun MDB-nin 20 illiyinə, 2011-ci il “Tarixi-mədəni irs” ilinin yekunlarına, Humanitar Əməkdaşlıq Şurasının və DHƏF-in 5 illiyinə həsr olunmuş ənənəvi Yeni il qabağı görüş və xeyriyyə aksiyası keçirilib. Görüşə MDB və Baltikyanı ölkələrdən SSRİ xalq artistləri dəvət olunub.
   Azərbaycan adından görüşdə ölkəmizin Rusiyadakı səfiri və DHƏF-in idarə heyətinin sədri Polad Bülbüloğlu, SSRİ Xalq artisti Zeynəb Xanlarova, SSRİ Xalq rəssamı Tahir Salahov, Milli Məclisin deputatı Elmira Axundova, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
   Görüşdə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB-nin icraçı katibi Sergey Lebedev, MDB ölkələrinin Humanitar Əməkdaşlıq Şurasının sədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və başqaları çıxış edərək mədəni mühitin saxlanılmasının, MDB ölkələri arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
   DHƏF-in idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbrik nitqində tədbirin MDB ölkələri arasında dostluğun və əməkdaşlığın saxlanılması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Səfir vurğulayıb ki, vaxtilə SSRİ Xalq artisti adına layiq görülmüş insanların sənəti bizim ümumi sərvətimizdir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar