Tbilisidə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə bu ölkənin paytaxtındakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə layihəsi çərçivəsində “Azərbaycan-Gürcüstan dostluq körpüsü-2011” adlı musiqi festivalı keçirilib.
   Festivalın təşkilatçısı, Azərbaycan Mədəniyyət Muzeyinin rəhbəri Leyla Əliyeva tədbirin Azərbaycan Respublikası ilə Gürcüstanın müstəqilliklərinin 20-ci ildönümlərinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunduğunu bildirib.
   Festivalda Gürcüstanın əksər bölgələrindən uşaq musiqi kollektivləri iştirak ediblər. 40 nəfərədək azərbaycanlı uşağın da qatıldığı bu festivalda onların ifa etdikləri rəqs və mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.
   Musiqi bayramında fərqlənən kollektivlərə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin mükafatları təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar