Konsertdə Azərbaycan təmsilçisi də çıxış edib
   
   Qətərin paytaxtı Doha şəhərində "İslam İncəsənət Muzeyi Parkı"nın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə müxtəlif millətlərdən olan milli musiqi alətləri ifaçıları tərəfindən tanınmış fransız bəstəkarı Hyuz di Kursonun “Sehrli rübab” simfonik əsəri ifa olunub. Qətər Filarmoniya Orkestrinin müşayiət etdiyi konsertdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayonu Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Manafov təmsil edib. “Sehrli rübab” simfonik əsərini birgə ifa edən Türkiyə, Fransa, İtaliya, Suriya, Bolqarıstan, Mərakeş, Malayziya, Hindistan, Misirdən dəvət olunan ifaçılar arasında Azərbaycan təmsilçisi kamançada çıxış edib.
   Tədbir başa çatdıqdan sonra Qətər Dövlətinin əmiri şeyx Həməd bin Xəlifə Al Tani bütün musiqiçilərə öz təşəkkürünü bildirib.    

   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar