Seçimlər fevralın 4-də Bakı Biznes Mərkəzində aparılacaq
   
   “Eurovision” mahnı müsabiqəsinin İşçi Qrupu may ayında Bakıda keçiriləcək yarışma ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün növbəti kastinqlər keçirəcək. İşçi Qrupundan verilən məlumata görə, seçimlər fevralın 4-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində aparılacaq.
   Xatırladaq ki, yanvarın 6-da keçirilən ilk kastinqlərdə 388 nəfər iştirak edib. Hazırda bu şəxslərin fotolarına baxılır. Yanvarın 6-da seçimlərə gələn şəxslər fevralın 4-də keçiriləcək kastinqlərə dəvət edilmir. Hər iki kastinqin cavabı isə fevral ayının 15-dək açıqlanacaq. Seçimlərdən keçən şəxslərlə əlaqə saxlanılacaq və onlar videoçəkilişə dəvət olunacaqlar.
   Kastinqin keçirilməsində məqsəd “Eurovision” Mahnı Müsabiqəsinin tanıtım videoçarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar