Yanvarın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilib. Mərasimi Bəstəkarlar İttifaqının katibi, Xalq artisti, professor Ramiz Zöhrabov açaraq 20 Yanvarın Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən olduğunu qeyd edib. Xalq artisti Azər Rzayev, əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Azər Dadaşov, bəstəkarlar Tahir Əkbər, İlham Abdullayev xalqımızın şərəfli tarixinin mücəssəməsi olan 20 Yanvar şəhidlərinin xatirəsinin həmişə uca tutulacağını vurğulayıblar.
   Tədbirdə gənc vokalçı, respublika müsabiqələri laureatı Aytac Şıxəlizadə bəstəkar İlham Abdullayevin Dönməzin sözlərinə bəstələdiyi “20 Yanvar” və Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı “Azərbaycan” mahnılarını müəllifin müşayiəti ilə ifa edib. Həmçinin Əməkdar artist Gülnaz İsmayılovanın ifasında Nazim Quliyevin “İlham və Fərizə” operasından Fərizənin ariozosu, Əməkdar artist Firuzə İbadovanın ifasında bəstəkar Mehriban Əhmədovanın Xalq şairi Məmməd Arazın sözlərinə bəstələdiyi “Ata millət, ana millət, ağlama” mahnısının lent yazıları səsləndirilib.
   Bəstəkar Tahir Əkbərin Abdulla Qurbaninin sözlərinə bəstələdiyi “Hər birimiz Mübarizik, Fəridik” balladası əsasında çəkilən klipin nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
   Mərasim Əməkdar incəsənət xadimi Azər Dadaşovun 9 saylı simfoniyasından bir hissənin royalda müəllifin öz ifası ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar