Bu ilin oktyabrında Moskvada Vokalçıların Müslüm Maqomayev adına II Beynəlxalq müsabiqəsi keçiriləcək. Görkəmli sənətkarın anadan olmasının 70 illiyinə həsr ediləcək müsabiqə oktyabrın 20-21-də Moskvanın “Krokus City Hall” konsert salonunda gerçəkləşəcək.
   Müsabiqəyə xüsusi musiqi təhsilinə malik olan 18-35 yaşlarında peşəkar ifaçılar və tələbələr qatıla bilər. İştirakçılar həm klassik, həm də estrada mahnılarından ibarət repertuarı yerinə yetirməlidirlər.
   İki turdan ibarət olacaq müsabiqənin ilk turu dünya musiqi xəzinəsinə çevrilən klassik və estrada mahnılarına həsr ediləcək. İkinci turda ifaçılar Müslüm Maqomayevin repertuarından ölməz mahnıları səsləndirəcəklər.
   Müsabiqə Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə həyata keçirilir. Festivalın münsiflər heyətinə SSRİ Xalq artisti, Böyük Teatrın solisti, professor Tamara Sinyavskaya sədrlik edir.
   Qeyd edək ki, 2010-cu ildə keçirilən ilk müsabiqədə 6 ölkə təmsil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar