Britaniyada yaşayan tanınmış azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva London Universitetinin Şərq və Afrika Tədqiqatları Məktəbində dissertasiya müdafiə edərək musiqi və mədəni diplomatiya üzrə doktorluq dərəcəsi alıb. O, Böyük Britaniyanın bu nüfuzlu təhsil müəssisəsində ali universitet dərəcəsi almış ilk azərbaycanlıdır. Səbinə Rakçeyeva həm də Nyu-Yorkdakı dünya şöhrətli musiqi institutuna - Culliard məktəbinə daxil olmuş və onu müvəffəqiyyətlə bitirmiş ilk soydaşımızdır. Səbinə Avropa Mədəni Parlamentinin, Avropa-Azərbaycan Cəmiyyətinin mədəniyyət və incəsənət məsələləri üzrə Məsləhət Şurasının üzvüdür.
   Bu yaxınlarda Səbinə “UnVeiled” adlı albomunu musiqisevərlərə təqdim edib. Həmin alboma müəllif tərəfindən improvizə edilmiş klassik Qərb və ənənəvi Şərq musiqisinin sintez nümunələri daxildir.
   Qeyd edək ki, azərbaycanlı skripkaçı fevral ayında bir neçə konsert proqramı ilə çıxış edəcək. Həmyerlimiz fevralın 22-də Londonda “St. John"s, Smith Square” salonunda geniş konsert proqramı təqdim edəcək, fevralın 25-də isə “The Forge” salonunda tanınmış musiqiçi Attab Haddadın “Fərqli gün” adlı albomunun təqdimat mərasimində xüsusi qonaq kimi musiqisevərlərin qarşısına çıxacaq.
   Attab Haddad Səbinə Rakçeyevanın yaratdığı qrupun əsas üzvlərindən biridir. 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar