Fevralın 15-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-dan (Bakı vaxtı ilə saat 15:00) etibarən “Eurovision-2012” mahnı müsabiqəsində nümayəndə heyətlərinin, jurnalistlərin və fanklub üzvlərinin akkreditasiyası başlanıb.
   
   Bu barədə eurovision.az saytında yer alan məlumata görə, akkreditasiya prosesi aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək (Bakı vaxtı ilə saat 02:59) davam edəcək.
   Akkreditasiya prosesi “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də “Eurovision Family Accreditation System” (EFAS) vasitəsilə həyata keçirilir.
   Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir. Yalnız akkreditasiyadan keçmiş jurnalistlər “Eurovision-2012” mahnı müsabiqəsinin gedişini işıqlandıra biləcəklər.
   May ayında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi üçün biletlər və hotellər barədə ətraflı məlumatlar yaxın vaxtlarda açıqlanacaq.
   
   “Step in” gənclər təşəbbüs qrupunun təqdimatı
   
   Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə dəstək məqsədilə yaradılan “Step in” (“Sən də qoşul”) gənclər təşəbbüs qrupunun təqdimatı olub.
   Mərasimdə təşəbbüs qrupunun gənclər tərəfindən verilən ideyaları bir araya gətirmək məqsədilə yaradıldığı bildirilib.
   Qrupun üzvü Şahin Seyidzadə bildirib ki, “Eurovision” mahnı müsabiqəsi ölkəmizi dünyada təbliğ etmək baxımından xüsusi əhəmiyyət kəsb edir: “Gənclər bu yarışdan kənarda qalmamalıdırlar. Biz bölgələrimizdə olan gəncləri də bu işə cəlb etmək istəyirik”.
   Tədbirdə çıxış edən “Step in” gənclər təşəbbüs qrupunun digər üzvləri də “Eurovision-2012” mahnı müsabiqəsinin ölkəmizin adət-ənənələrinin, tolerantlığının, mədəniyyətinin, qədim tarixinin təbliği baxımından gözəl fürsət yaratdığını və gənclərin də bu imkandan maksimum istifadə etməli olduqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın təbliğatı üçün müxtəlif tədbirlər təşkil olunacaq, videoçarxlar hazırlanacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar