Martın 2-3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş Yeni Ukrayna Musiqisi Günləri keçiriləcək.
   Birinci gün simfonik musiqi konserti təqdim ediləcək. Azərbaycanın Əməkdar incəsənət xadimi F.Kərimovun başçılığı ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri M.Skorik, İ.Şerbakov, Q.Qavrilets, L.Diçko, Y.Stankeviçin əsərlərini ifa edəcəkdir. Solistlər ukraynalı qonaqlar A.Piriyev (violonçel) və B.Stelmaşenko (fleyta) olacaq.
   Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına kamera musiqisi salonunda keçiriləcək elmi konfransda ukraynalı bəstəkarlar və musiqişünaslar çıxış edəcəklər. Məruzələrdə müasir mərhələdə Ukrayna musiqi mədəniyyətinin xüsusiyyətlərindən bəhs ediləcək. Həmin gün Bəstəkarlar İttifaqının salonunda kamera musiqisi konserti olacaq.
   Azərbaycanda Ukrayna musiqisi günlərinin keçirilməsi ölkələrimizin yaradıcılıq sahəsində münasibətlərinin inkişafına xidmət edəcək, mədəniyyətlərimiz arasında qarşılıqlı mübadilə işinə töhfə verəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar