Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz fevralın 28-də Sumqayıt şəhəri F.Əmirov adına 5 nömrəli uşaq musiqi məktəbində musiqi fənlərinin tədrisi metodikasının təkmilləşdirilməsi məqsədilə seminar-treninq, açıq və ustad dərsləri keçirib. Seminarda Sumqayıt şəhərinin beş uşaq musiqi və incəsənət, həmçinin şəhərdə yerləşən Qubadlı rayonunun iki uşaq musiqi məktəbindən 150-yə yaxın müəllim iştirak edib.
   
   Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev çıxış edərək, metodika və musiqi pedaqogikası sahələrində yeniliklər, yeni tədris proqramlarından, müxtəlif ixtisaslar üçün nəşr olunmuş yeni musiqi ədəbiyyatları, dərsliklər haqqında danışıb. Şöbə müdiri müəllimlərə işlədikləri metodiki işləmələrin, elmi məqalələrin Elmi-Metodiki Mərkəzin “Müasir mədəniyyətşünaslıq” elmi, metodiki, publisistik jurnalında nəşr etdirmələrini məsləhət görüb. Tədbirdə fortepiano və xanəndəlik ixtisasları üzrə açıq və göstərici dərslər keçirilib.
   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova ustad dərsləri aparıb. O, fortepiano ixtisası üzrə keçiriləcək II Respublika müsabiqəsində çıxış edəcək şagirdlərə etüd, polifoniya, sonata üzərində işləmə qaydaları, ifa olunan əsərlərin forma və quruluşu, dramaturgiyası və s. haqqında məlumat verərək, fortepiano ifaçılığı sənətinin özəlliklərindən danışıb.
   Tədbirdə R.Babayev adına 25 nömrəli uşaq musiqi məktəbinin aparıcı müəllimi Şəfa Məmmədov xanəndəlik ixtisası üzrə açıq dərslər keçib. O, muğamlar və onun şöbələrinin tədris proqramlarına uyğun olaraq düzgün tədris olunması, mənimsənilməsi, səhnə mədəniyyəti, qavalda çalmaq qaydaları haqqında geniş və ətraflı məlumat verib.
   Açıq və ustad dərslər müəllimlər tərəfindən minnətdarlıqla qarşılanıb. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz bu cür tədbirləri respublikanın digər regionlarında da təşkil etməyi planlaşdırır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar