Martın 15-də Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin «Aida» operasının tamaşası keçiriləcək. Tamaşada Aida partiyasını Belarusun tanınmış opera müğənnisi Nina Şarubina ifa edəcək. Qeyd edək ki, vokalçı eyni zamanda Moskva «Yeni opera» Teatrının, Donetsk və Lvov Milli Akademik Opera və Balet Teatrının solistidir. Almaniya, Avstriya, Finlandiya, Yaponiya, Tailandda keçirilən musiqi festivallarının dəfələrlə iştirakçısı olub.
   Tamaşada Radames rolunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Vokalçıların Bülbül adına III Beynəlxalq Müsabiqəsinin laureatı Fərid Əliyev, əsas partiyalardan biri - Amneris rolunu gənc vokalçı Səbinə Vahabzadə ifa edəcək. Tamaşada həmçinin teatrın aparıcı solistləri, əməkdar artistlər Əli Əsgərov (Misir şahı), Əvəz Abdullayev (Amonasro), Əkrəm Poladov (Ramfis) və Gülnaz İsmayılova (Kahinə) da çıxış edəcəklər. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar