Martın 9-da Polşanın Koşalin Filarmoniyasının böyük zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin idarəsi ilə Polşa Dövlət Filarmonik Orkestrinin konserti keçirilib. Polşa Mədəniyyət Nazirliyi, Koşalin şəhər meriyası və Monyuşko adına Dövlət Filarmoniyası tərəfindən təşkil olunan konsertdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin «Don Kixot» simfonik qravürləri ifa olunub. Əsər Polşada ilk dəfə səsləndirilib. Konsertdə həmçinin Q.Qarayevin «Yeddi gözəl» baletindən “Vals” da təqdim olunub.
   Konsertin digər bölməsində isə dahi rus bəstəkarı P.Çaykovskinin instrumental və səhnə əsərləri yer alıb. Konsertdən sonra Koşalin Filarmoniyasının rəhbərliyi Ə.Quliyevi növbəti mövsümdə yeni konsert salonunun açılışına dəvət edib.

  Gülər 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar