Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Bakı şəhər Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində “Müasir Azərbaycan fortepiano ifaçılığı sənəti” mövzusunda elmi-metodiki seminar keçirilib.
   Seminarda Bakı şəhərinin musiqi məktəblərindən 160-a yaxın müəllim iştirak edib.
   Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev “Müasir Azərbaycan fortepiano ifaçılığı sənəti” mövzusunda mühazirə ilə çıxış edib. Qeyd edib ki, fortepiano məktəbinin nümayəndələri Azərbaycanın musiqi mədəniyyətini bütün dünyada böyük ustalıqla təmsil edirlər. Prezident təqaüdünə layiq görülmüş 13 gənc fortepiano ifaçısı beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edirlər.
   Seminarda Bakı Musiqi Akademiyasının professoru, akademiyanın nəzdindəki məktəb-studiyanın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Tərlan Seyidov Bakı şəhər Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbinin III sinif şagirdi Nərgiz Əliyeva, Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin IV sinif şagirdi Jalə Mayılova, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin VI sinif şagirdi Nəriman Əmiraslanov ilə ustad dərsləri aparıb.
   Elmi-metodiki seminar müəllim və şagirdlər tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Elmi-Metodiki Mərkəz belə seminar və ustad dərslərinin respublikanın digər şəhərlərində də keçirilməsini planlaşdırır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar