Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi ilə bağlı ölkəmizin Fransadakı səfirliyinin keçirdiyi silsilə tədbirlər çərçivəsində martın 14-də Parisdə məşhur caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz konserti təqdim olunub.
   
   Konsertdən əvvəl səfir Elçin Əmirbəyov Azərbaycanda milli caz musiqisi məktəbinin əsasını qoyan cazmen və pianoçu Vaqif Mustafazadənin həyatından, yaradıcılığından söhbət açıb, qızı Əzizəyə həsr etdiyi “Əzizənin intizarında” əsərinin 1978-ci ildə Monakoda keçirilən caz bəstəkarlarının 8-ci beynəlxalq müsabiqəsində birinci mükafata layiq görüldüyünü vurğulayıb, dünyanın tanınmış musiqişünaslarından Artur Kestlerin, Jan Johanssonun və digərlərinin Azərbaycan cazının nəhəng siması haqqındakı fikirlərini tamaşaçıların diqqətinə çatdırıb.
   Sonra 2007-ci ildə İsveçrənin Montrey şəhərində keçirilən beynəlxalq caz festivalının laureatı, fransız musiqisevərlərinin yaxşı tanıdığı Şahin Növrəsli solo konserti ilə çıxış edib. Gənc cazmen V. Mustafazadənin əsərləri ilə yanaşı, digər bəstəkarların əsərlərini də ifa edib. Onun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Konsert zamanı cazmeni violada Aleksandr Maşin, zərb alətlərində Natan Pek müşayiət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar