Aprelin 9-da Əməkdar artist Bəsti Sevdiyeva Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək. Sənətçi solo konsertə səylə hazırlaşdığını deyib. İki hissəli konsertin birinci hissəsində "Humayun" muğamı ifa olunacaq. İkinci hissədə isə qədim xalq mahnıları, təsniflər və bəstəkar mahnıları səslənəcək. Xanəndəni Azərbaycan Televiziya və Radiosunun Baba Salahov adına xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Ansamblın bədii rəhbəri respublikanın Xalq artisti Ağasəlim Abdullayevdir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar