Novruz ərəfəsində Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında bayram konserti təqdim olundu. Tədbir öncəsi Uşaq Filarmoniyasında böyük canlanma vardı. Sütunlara bağlanan zərif parçalardan bantlar, qablarda qırmızı lentlə bağlanmış yaşıl səmənilər, uşaqların uğurlarından söhbət açan «Göy qurşağı» başlıqlı divar qəzeti, üz-gözündən nur ələnən uşaq aləmi - hər şey insana fərəh bəxş edirdi.
   Konserti baş rejissor Fikrət Musayev açdıqdan sonra rəqs qrupu «Dəsmalı» rəqsini məharətlə ifa etdi. Salon balaca rəqqasları alqış sədaları ilə qarşıladı. Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun rəhbərliyi altında «Aysel» Uşaq Teatrının çıxışı da alqışlar doğurdu. «Noğullar» estrada pop qrupu, «Can Bala» qrupu, «Roken-rol» rəqsi, «Ayla» solo rəqs, hind, fars, moldov rəqsləri, Azərbaycanımızın «Reyhanı», «Şirindil» rəqsləri tamaşaçıları valeh etdi. Vokalçılar İbrahim Nəsrullayev (A.Zeynallı, «Ölkəm») və İslam Qasımovun (Ü.Hacıbəyli, «Sevgili canan») ifa etdikləri mahnılar maraqla qarşılandı.
   Konsertdə xalq çalğı alətləri ansamblının çıxışı təqdirəlayiq idi. Sədəf Budaqova, Əli Hidayətli, Fəxrim İsmayılov, Dəmir Dəmirovun ifa etdikləri «Bayram axşamlarında», «Sizə salam gətirmişəm» mahnılarına tamaşaçılar da qoşuldu. Filarmoniyanın istedadlarının Novruz konserti tamaşaçıların və valideynlərin böyük sevincinə səbəb oldu.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar