“Şərq təranələri” müsabiqəsinin qalibi, tanınmış xanəndə Qoçaq Əsgərov aprelin 8-də Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək. Konsertə Aşıq Veysəlin məşhur “Uzun, incə bir yoldayım” şeirindən bir parça başlıq olaraq seçilib.
   Xanəndə bildirib ki, konsert proqramı İtaliyada buraxılan ilk diskinin təqdimatı ilə başlayacaq. Gecədə diskdə yer alan “Bayati-Şiraz” muğam dəstgahı, digər muğam və təsniflər səslənəcək.
   Xanəndəni tarda Əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov, kanonda Çinarə Mütəllibova və başqaları müşayiət edəcəklər. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar