Azərbaycanlı musiqiçilər TÜRKSOY-un simfonik orkestrinin tərkibində ABŞ-da çıxış edəcəklər 
   
   TÜRKSOY-un simfonik orkestri ABŞ-da konsert proqramları ilə çıxış edəcək. Kollektiv aprelin 23-də Nyu-Yorkda, ayın 25-də isə Vaşinqtonda “Yunus Əmrə” oratoriyasını təqdim edəcək.
   
   Bakı Musiqi Akademiyasının tələbələri Mustafa Mehmandarov, Elvin Nəcəfov və Narın Musayeva TÜRKSOY-un simfonik orkestrinin tərkibində ABŞ-da “Yunus Əmrə” oratoriyasının təqdimatında iştirak edəcəklər .
   TÜRKSOY-un Ankaradakı baş ofisində “Yunus Əmrə” oratoriyasının Amerika musiqisevərlərinə təqdim olunması layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.
   Təşkilatın baş katibi Düsen Kaseinov jurnalistlərə bildirib ki, görkəmli türk bəstəkarı və Türkiyədə ilk operanın müəllifi olan Əhməd Adnan Sayqunun 54 il əvvəl bəstələdiyi oratoriya türkdilli ölkələrin 80 gənc musiqiçisinin iştirakı ilə TÜRKSOY-un simfonik orkestri tərəfindən yenidən hazırlanıb. ABŞ-ın Conatan Qriffit xorunun da müşayiəti ilə keçiriləcək konsert layihəsi “Türk torpaqlarından simfoniya səsləri” adlanır.
   Konsertlər Nyu-Yorkun “Linkoln Center Avey Hall” və Vaşinqtonun “Strathmore Music Center” kimi nüfuzlu salonlarında keçiriləcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar