Aprelin 29-da Azərbaycanın “Eurovision” yarışmasına ev sahibliyi etməsi münasibətilə Dənizkənarı Milli Parkda açıq hava altında müsabiqə təmsilçilərimizin iştirakı ilə konsert keçiriləcək.
   
   Konsert proqramının əsas məqsədi “Eurovision-2012” ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır. “Eurovision” mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi fan-klubuna dəstək məqsədilə keçirilən konsertdə Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov, 2010-cu ildə Azərbaycanı «Eurovision»da təmsil etmiş Səfurə Əlizadə və ötən ilin qalibləri Eldar Qasımov və Nigar Camal çıxış edəcək.
   Konsertdə həmçinin «Eurovision» mahnı müsabiqəsi iştirakçılarından Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların çıxışı nəzərdə tutulur. Murad Dadaşovun aparıcılığı ilə keçiriləcək konsertə giriş sərbəst olacaq və iştirakçılara «Eurovision»un Azərbaycandakı rəsmi fan-klubu tərəfindən müxtəlif hədiyyələr təqdim olunacaq. Konsert saat 19-da başlayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar