Mayın 5-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Caz Mərkəzində keçiriləcək tədbir həm peşəkar musiqiçilərin, həm də bütün musiqisevərlərin qəlbini oxşayacaq. Söhbət karaoke-konsertdən gedir.
   
   BMA-dan bildiriblər ki, konsert ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilib.
   Tədbirdə Təhsil Nazirliyinin dəstəyi və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə nəşr olunmuş “Azərbaycanda yaşayan xalqların 50 mahnısı” kitabının geniş ictimaiyyətə orijinal şəkildə təqdimatı olacaq. Azərbaycan, rus, ləzgi, tatar, talış, kürd, avar və başqa xalqların mahnılarının səslənəcəyi konsert ölkəmizdə yaşayan bütün xalq və etnik qrupların nümayəndələrinin musiqi bayramına çevriləcək.
   Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Musiqi dünyası” jurnalının yaradıcı qrupu və “Samur” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə hazırlanıb.
   Layihənin rəhbəri Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar