Ma­yın 13-dən eti­ba­rən “Ba­ku Crystal Hall­”ın səh­nə­sin­də “Eu­ro­vi­sion-2012” mah­nı mü­sa­bi­qə­si təm­sil­çi­lə­ri­nin məşq­lə­ri baş­la­ya­caq. Bu ba­rə­də eu­ro­vi­sion­.az say­tın­da yer alan xə­bər­də bil­di­ri­lir ki, hə­min gün məşq­lər sa­at 11:00-da baş­la­ya­caq. “Ba­ku Crystal Hall­”da ilk məşq edən Mon­te­neq­ro təm­sil­çi­si Ram­bo Ama­deus ola­caq.
   
   Ə­nə­nə­vi ola­raq hər öl­kə təm­sil­çi­si­nin məşq­lə­ri üçün 40 də­qi­qə vaxt ay­rı­lır. İlk məşq gü­nün­də Mon­te­neq­ro­dan əla­və İs­lan­di­ya, Yu­na­nıs­tan, Lat­vi­ya, Al­ba­ni­ya, Ru­mı­ni­ya, İs­veç­rə, Bel­çi­ka və Fin­lan­di­ya təm­sil­çi­lə­ri “Ba­ku Crystal Hall­”ın səh­nə­si­nə çı­xa­caq­lar.
   Hər bir təm­sil­çi məş­qi­ni bi­tir­dik­dən son­ra onun mət­buat konf­ran­sı təş­kil olu­na­caq. Gü­nün so­nun­cu məş­qi 18:10-da baş­la­ya­caq.
   
   * * *
   “Eu­ro­vi­sion-2012” mah­nı mü­sa­bi­qə­si­nin ke­çi­ri­lə­cə­yi "Ba­ku Crystal Hall" möh­tə­şəm şou­ya tam ha­zır­dır. Bu ba­rə­də mü­sa­bi­qə­nin iş­çi qru­pun­dan mə­lu­mat ve­rib­lər. Mə­lu­mat­da bil­di­ri­lir ki, ha­zır­da “Eu­ro­vi­sion-2012”nin qey­ri-adi­li­yi, səs və işıq ef­fekt­lə­ri ilə se­çi­lən Ba­kı səh­nə­sin­də tex­ni­ki məşq­lər ge­dir. Şou­nun baş­lan­ma­sı ərə­fə­sin­də “Eu­ro­vi­sion” mah­nı mü­sa­bi­qə­si­nin ya­rım­fi­nal­la­rı və fi­na­lın­da­kı açı­lış və in­ter­val akt­la­rı­nın məşq­lə­ri apa­rı­lır. “Eu­ro­vi­sion” mah­nı mü­sa­bi­qə­si­nin buil­ki təm­sil­çi­lə­ri­nin rən­ga­rəng və bir-bi­rin­dən fərq­lə­nən per­for­mans­la­rı ilə ya­na­şı, mil­yon­lar­la iz­lə­yi­ci­yə açı­lış və in­ter­val akt­la­rın­da sürp­riz do­lu şou­lar təq­dim edi­lə­cək.
   A­çı­lış və in­ter­val akt­la­rı səh­nə tər­ti­ba­tı, sse­na­ri­si və şou­da çı­xış edə­cək mü­ğən­ni­lə­ri ilə se­çi­lə­cək. Bu şou­lar üçün son 5 ilin “Eu­ro­vi­sion” mah­nı mü­sa­bi­qə­si­nin qa­lib­lə­ri ma­yın 18-dən eti­ba­rən Ba­kı­da top­la­şa­caq­lar. Ma­ri­ya Şe­ri­fo­viç, Di­ma Bi­lan, Alek­sandr Rı­bak, Le­na, El­dar Qa­sı­mov və Ni­gar Ca­mal "Ba­ku Crystal Hall"da ma­yın 24-də ke­çi­ri­lə­cək ikin­ci ya­rım­fi­na­lın in­ter­val ak­tın­da çı­xış edə­cək­lər. “Eu­ro­vi­sion” mah­nı mü­sa­bi­qə­si­nin bu qa­lib­lə­rin­dən iba­rət qrup Azər­bay­ca­nın mil­li mu­si­qi­si ilə zən­gin per­for­mans­la səh­nə­də ola­caq. “Eu­ro­vi­sion” ul­duz­la­rı bu şou­da ta­ma­şa­çı­lar qar­şı­sın­da in­di­yə­dək gör­mə­di­yi­miz bir üs­lub­da çı­xış edə­cək­lər.
   Xa­tır­la­daq ki, “Eu­ro­vi­sion -2012” mah­nı mü­sa­bi­qə­si­nin ya­rım­fi­nal­la­rı ma­yın 22, 24-də, fi­na­lı isə ma­yın 26-da ke­çi­ri­lə­cək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar