“Eurovision-2012” iştirakçılarının məşqləri davam edir
   
   Mayın 17-də “Baku Crystal Hall”da “Eurovision-2012” mahnı müsabiqəsi iştirakçılarının ikinci məşqlərinə start verilib. Qeyd edək ki, mayın 13-16-da 36 ölkədən gəlmiş təmsilçilər öz performanslarını nümayiş etdirmişlər.
   
   Dünən başlanan ikinci məşqlərdə müsabiqənin birinci yarımfinalının 18 iştirakçısından 13-ü \"Baku Crystal Hall\"ın səhnəsinə çıxıb. İlk olaraq Monteneqro təmsilçisi çıxış edib. Sonra Bakı səhnəsi İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr və Danimarka təmsilçilərini qəbul edib.
   Ənənəvi olaraq hər ölkə təmsilçisinin məşqləri üçün 40 dəqiqə vaxt ayrılıb. İlk məşqlərdən sonra isə hər bir ölkə ayrı-ayrılıqda mətbuat konfransları keçirib, həm Bakı, həm də məşqlər haqqında öz təəssüratlarını yerli və xarici jurnalistlərlə bölüşərək, onları maraqlandıran sualları cavablandırıblar. Birinci yarımfinalın qalan 5 təmsilçisi isə mayın 18-də məşq edəcək. “Eurovision-2012” iştirakçılarının məşqləri mayın 19-20-də davam edəcək.
   Xatırladaq ki, müsabiqənin birinci yarımfinalı mayın 22-də Bakı vaxtı ilə saat 24.00-da başlayacaq. İkinci yarımfinal ayın 24-də, final isə mayın 26-da keçiriləcək. Hər iki yarımfinalda 18 iştirakçıdan 10-u finala vəsiqə qazanacaq. Bu 20-liyə finalda ev sahibi Azərbaycan təmsilçisi (Səbinə Babayeva) və beş böyük Avropa ölkəsinin (Almaniya, Britaniya, Fransa, İspaniya, İtaliya) nümayəndələri qoşulacaq.
   Yeri gəlmişkən, Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva səhnəni görkəmli muğam ustası, Xalq artisti Alim Qasımovla bölüşəcək. Müğənni bundan qürur hissi keçirdiyini diqqətə çatdırıb. Son üç ay ərzində Budapeşt, Amsterdam, London, Kiyev və digər şəhərlərdə promoturlarda olduğunu söyləyən S.Babayeva hazırlıqlarla bağlı işlərin uğurla başa çatdığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar