Bülbülcan adına Şuşa Şəhər Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda 2011-2012-ci tədris ilinin yekuna həsr edilən hesabat konserti ilə çıxış ediblər.
   Məktəbin direktoru Raqif Məhərrəmov konsertin təşkilinə görə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib: “Dahi Üzeyir Hacıbəylinin yaratdığı Bəstəkarlar İttifaqının onun ruhunun dolaşdığı bu salonunda konsert vermək bizim üçün böyük fərəh və şərəfdir”.
   Sonra söz musiqiyə verilib. Tədbir iştirakçıları şagirdlərin ifasında Üzeyir Hacıbəylinin “Qızlar xoru”, “Cəngi”, Qara Qarayevin “Vals”, Bramsın “Macar rəqsi”, Şopenin “Vals”, Nikolay Rakovun “Tarantello”, həmçinin “Qatar təsnifi”, “Mənsuriyyə” və “Qarabağ şikəstəsi”ni dinləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar