Abşeron rayonu Xırdalan şəhər uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə VII sinif şagirdi Atabala Manafzadə Türkiyədə keçirilən “Pera” beynəlxalq piano müsabiqəsində qalib olub. İstanbul şəhərində təşkil olunan müsabiqədə Azərbaycanla yanaşı, Rusiya, Çin, Kipr, Türkiyə və Yunanıstan təmsilçiləri iştirak edib.
   Mayın 7-də başlayan müsabiqə bir həftə davam edib. Üç yaş qrupu üzrə istedadlar əcnəbi və türk bəstəkarlarının əsərlərini səsləndiriblər. Təmsilçimiz II yaş qrupunda (13-16 yaşlılar) çıxış edib. A.Manafzadənin məharətlə ifa etdiyi İ.S.Baxın “Prelüd və Fuqa”, K.Çerninin “Etüd”, V.A.Motsartın “Sonata”, F.Listin “Sonet”, A.Skryabinin “Prelüd”, Ü.C.Erkinin “Ağlama yar, ağlama”, “Oyun” əsərləri münsiflər tərəfindən yüksək qiymətləndirilib və yeniyetmə musiqiçi müsabiqənin I dərəcəli diplomuna layiq görülüb. Təmsilçimiz müsabiqədə A.Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasında da qalib olub.
   Qeyd edək ki, A.Manafzadə bu ilin mart ayında adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar