Cazmen Əminə Fiqarova yeni diskini təqdim edəcək
   
   Amerikada yaşayan tanınmış azərbaycanlı cazmen Əminə Fiqarovanın yeni diski pərəstişkarlarına təqdim olunacaq. Yeni disk “On iki” adlanır. Cazmen deyir ki, musiqi albomuna bu adın verilməsi təsadüfi deyil: “Bu mənim caz musiqilərindən ibarət 12-ci diskimdir. 2012-ci ildə təqdim olunur və mən də 12-ci ayda doğulmuşam. Ona görə belə adlandırmışam. Üstəlik, diskdə 12 kompozisiyam toplanıb”.
   Yeni musiqi nümunələri Əminə Fiqarovanın Nyu-Yorkdakı həyatına və yeni dünyanın onda yaratdığı xoş təəssüratlara həsr olunub. Diskin çıxması münasibətilə cazmenin qrupu geniş və zəngin proqramla Şimali Amerika şəhərlərinə turneyə çıxıb. 12 şəhərdə 14 konsert nəzərdə tutulub. Qrup cazın vətəni sayılan Nyu-Orleanda məşhur çay festivalında çıxış edib. Növbəti konsertlər Detroyt, Klivlend, Nyu-York, San-Fransisko, Portland, Pitsburq, Sietl və başqa şəhərlərdə olacaq.
   Musiqiçi deyir ki, turne çox yorucudur: “Hər gün təyyarə ilə saatlarla uçuruq, sonra səhnəyə çıxırıq. Çətindir. Buna baxmayaraq, biz bilirik ki, pərəstişkarlarımız bizi gözləyirlər, konsertlərimiz çox böyük uğurla keçir”.
   
   Sədaqət Yusifqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar