L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən “CİTTA DİPESARO” IX Beynəlxalq musiqi müsabiqəsində öz yaş qrupunda birinci yeri tutub. Müsabiqədə Azərbaycandan əlavə, İtaliya, Rusiya, Gürcüstan, Albaniya, Ukrayna, Qazaxıstan, Yaponiya və digər ölkələrin təmsilçiləri iştirak ediblər. Əsasən 8-30 yaş kateqoriyalarına bölünmüş iştirakçılar müsabiqədə fortepiano, simli alətlər, vokalistlər və digər bölmələr üzrə yarışıblar.
   Səmra Əmiraslanova 18-21 yaş kateqoriyasında iştirak edərək fortepiano üzrə ən kiçik solist qrupunda birinci yerə layiq görülüb. 25 dəqiqəlik proqramda o, Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Yeniyetmə musiqiçi ilk dəfə iştirakçısı olduğu beynəlxalq müsabiqənin qala-konsertində Q.Qarayevin “Tsarkoye selo heykəli” əsərini ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar