Mayın 22-də Sankt-Peterburqun məşhur Mariinski Teatrının konsert zalında “Musiqi Olimpi” XVII Beynəlxalq musiqi festivalının açılış mərasimi keçirilib.
   Dünyanın ən yaxşı musiqi kollektivlərindən biri olan Mariinski Teatrının simfonik orkestri gənc dirijor, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi altında çıxış edib. Orkestrin baş dirijoru və bədii rəhbəri isə maestro Valeri Gergiyevdir.
   Konsertdə solistlər qismində Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş gənc və istedadlı musiqiçilər çıxış ediblər.
   Konsertin təşkilatçısı “Musiqi Olimpi” Beynəlxalq Fondudur. 1996-cı ildən ənənəvi olaraq keçirilən festivala yalnız nüfuzlu beynəlxalq musiqi müsabiqələrinin qalibləri dəvət olunur. Fəaliyyət göstərdiyi illər ərzində “Musiqi Olimpi” 350-dən artıq gənc musiqiçini dinləyicilərə təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar