Qələbə estafetini Azərbaycandan İsveç qəbul etdi
   
   Bakının layiqincə ev sahibliyi etdiyi və bütün dünyanın diqqətini ölkəmizə yönəldən “Eurovision-2012” mahnı müsabiqəsi mayın 26-da möhtəşəm final şousu ilə başa çatdı.
   
   Müsabiqənin finalında 26 ölkənin təmsilçiləri öz bacarıqlarını nümayiş etdirdilər. Səsvermənin nəticələrinə görə, müsabiqənin qalibi İsveç müğənnisi Lorin oldu. Azərbaycan bu dəfə də müsabiqədə yüksək nəticə göstərdi. Təmsilçimiz Səbinə Babayeva yarışmanın dördüncüsü oldu.
   Finalda iştirak edən 26 ölkənin yarışmadakı yerlərinin sıralanması belədir: İsveç (372 səs), Rusiya (259), Serbiya (214), Azərbaycan (150), Albaniya (146), Estoniya (120), Türkiyə (112), Almaniya (110), İtaliya (101), İspaniya (97), Moldova (81), Rumıniya (71), Makedoniya (71), Litva (70), Ukrayna (65), Kipr (65), Yunanıstan (64), Bosniya və Herseqovina (55), İrlandiya (46), İslandiya (46), Malta (41), Fransa (21), Danimarka (21), Macarıstan (19), Böyük Britaniya (12), Norveç (7).
   Azərbaycana «Eurovision» mahnı müsabiqəsi 2012-də iştirak edən 42 ölkədən 21-i səs verib: Albaniya (4 səs), Belarus (7 səs), Bosniya və Herseqovina (7 səs), Bolqarıstan (10 səs), Kipr (8 səs), Makedoniya (2 səs), Gürcüstan (10 səs), Yunanıstan (5 səs), İrlandiya (1 səs), İsrail (8 səs), Litva (12 səs), Malta (12 səs), Moldova (10 səs), Monteneqro (5 səs), Rusiya (10 səs), San Marino (4 səs), Serbiya (3 səs), Slovakiya (6 səs), Türkiyə (12 səs), Ukrayna (12 səs), Böyük Britaniya (2 səs).
   Öz növbəsində ölkəmizdən final mərhələsində İrlandiyaya 1 səs, Kiprə 2 səs, Ukraynaya 3 səs, Litvaya 4 səs, Yunanıstana 5 səs, Rumıniyaya 6 səs, İsveçə 7 səs, Maltaya 8 səs, Rusiyaya 10 səs, Türkiyəyə 12 səs verilib.
   Müsabiqənin qalibi İsveçə İtaliyadan başqa bütün ölkələr səs verib. Müsabiqənin finalının ikincisi Rusiyaya İsveçrədən başqa bütün ölkələr səs verib. Yarışmanın final mərhələsinin sonuncusu olan Norveçə isə 3 ölkə - İslandiya, İsveç və Niderland səs verib. Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsində səsvermə 50/50 prinsipi ilə tamaşaçı və münsiflər heyəti arasında aparılıb.
   Müsabiqənin final şousu 57-ci “Eurovision” mahnı müsabiqəsinin 42 iştirakçı dövləti də daxil olmaqla, Avropanın 50-dən çox ölkəsində canlı yayımlanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar