Gənclər və İdman Nazirliyinin dəstəyi, Paşa Bankın baş sponsorluğu ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi IV Beynəlxalq Uşaq Muğam Festivalının seçim turlarına start verilib. 16 yaşınadək uşaqlar arasında keçirilən layihənin iştirakçıları sırasına yeni-yeni ölkələrin müraciətləri daxil olmaqdadır. Bu il Azərbaycandan müsabiqəyə qatılacaq gənc muğam ifaçıları Bakıda keçiriləcək əlavə iki tur nəticəsində finala vəsiqə qazanmaq imkanı əldə edəcəklər. Bölgələr üzrə dinləmələrin isə Şirvan zonası üzrə Qəbələdə, cənub zonası üzrə isə 2012-ci il üçün “Azərbaycanın folklor paytaxtı” elan edilmiş Masallı şəhərində keçirilməsi nəzərdə tutulub. Hazırlıq işlərinin aparılmasına yerli mədəniyyət və turizm şöbələri, gənclər və idman idarələri də dəstək verir.
   Xarici ölkələrdən sifariş ərizələri ilə yanaşı, IV Beynəlxalq Uşaq Muğam Festivalında iştirak etmək istəyən hər bir ifaçı həm də özünün musiqi nömrəsini əks etdirən CD-ni göndərməli olacaq. Festivalın qaliblərinin yekun konserti və mükafatlandırılma mərasimi oktyabr ayının 12-də Bakıda Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar