Dünya şöhrətli müğənnilər Cennifer Lopez, Rihanna və Şakira Bakıya gələcəklər. Sentyabrın 23-də Cennifer Lopez, oktyabrın 6-da Rihanna, oktyabrın 14-də isə Şakira “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Crystal Hall”ın səhnəsində geniş konsert proqramları ilə çıxış edəcəklər.
   
   Konsertlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
   “Omnikomo Music Group” şirkətinin PR və marketinq direktoru Zaur Darabzadənin sözlərinə görə, dünya şöhrətli müğənni Cennifer Lopez Bakıya 60 nəfərlik heyətlə gələcək. Rihannanın şəhərimizdə keçiriləcək konsertində 80, Şakiranın isə 75-dək komanda üzvü müşayiət edəcək.
   İyunun 25-dən etibarən konsertlərin biletləri satışa çıxarılacaq. Biletləri şəhərimizin bütün kassalarından və internet vasitəsilə elektron formada əldə etmək mümkün olacaq.
   Dünyanın məşhur ulduzlarının ölkəmizdəki konsertləri Azərbaycanda keçiriləcək futbol üzrə 17 yaşadək qızlar arasında dünya çempionatının açılış, yarımfinal və final mərhələlərində təşkil olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar