İyulun 5-7-də Qazaxıstan paytaxtının Sülh və Həmrəylik Sarayında “Astana-Arkau” türk musiqisi festivalı keçiriləcək. Festival “Bozqurdun 10 oğlu” tarixi-dini kompozisiyası ilə açılacaq. Bu il artıq beşinci dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının və türk musiqi sivilizasiyasının birliyini nümayiş etdirməkdir. Tədbirə informasiya dəstəyi “APA-Group” mediaholdinqi, “TRT-Avaz” telekanalı, Başqırdıstan peyk televiziyası və “Qazaxıstan” teleradio şirkəti tərəfindən həyata keçirilir.
   Festival qazax və türk dillərində aparılacaq. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Qaraqalpaq, Tatarıstan, Başqırdıstan, Qaqauz Yeri, Tuva, Yakutiya, Dağlıq Altayın türk xalqlarının, noqay və uyğurların nümayəndələri iştirak edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar