İyulun 4-də Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı və Türkmənistanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konsert keçirilib.
   Konsertdən əvvəl qardaş ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mədəniyyət sahəsində əməkdaşlığın mühüm rolu diqqətə çatdırılıb. Türkmənistan Kino-Konsert Mərkəzində keçirilən konsertdə Azərbaycanın və Türkmənistanın klassik musiqi nümunələri tanınmış müğənnilər tərəfindən ifa olunub. Böyük anşlaqla keçən konsertdə klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının uvertürası, bəstəkarın “Sənsiz”, həmçinin Qara Qarayevin “Vals”, Tofiq Quliyevin “Sənə də qalmaz”, “Lirik mahnı”, Polad Bülbüloğlunun “Dolalay” və Türkmənistan xalq mahnısı “Novai”, bu ölkənin tanınmış bəstəkarları Nurı Halməmmədovun, Danatar Ovezovun və Vəli Muhatovun mahnıları səslənib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar