Paytaxtımızda növbəti beynəlxalq müəllif mahnıları festivalı
   
   İyulun 10-da Rəşid Behbudov adına Mahnı Teatrında VIII Beynəlxalq Müəllif Mahnısı Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən festivalda həm peşəkar, həm də həvəskar müəllif mahnıları ifaçıları - bardlar iştirak edirlər. İştirakçılar arasında Vadim Yeqorov (Moskva), Aleksandr və Dmitri Baryudinlər (Bakı-Moskva), Yelena Qurfinkel (Moskva), Eldar Əsədov (Bakı-Moskva), Robert Avadayev (Bakı-Tbilisi), Andrey Sobolev (Stavropol), Lyudmila Oraqvelidze (Tbilisi), İrina Paroşina (Tbilisi) və digər məşhur müəlliflər var. Onlarla yanaşı, ölkəmizdən Cavid İmamverdiyev, İbrahim İmaməliyev, Samir Rəcəbov, Elxan Çələbiyev, Vitali İqolnikov, Sergey Aranoviç, Dilarə Yusufova, Oksana Bulanova, Günay Məmmədli və başqaları tədbirə qatılıblar. Bu il Bakı festivalında çoxlu sayda gənc bard iştirak edir. Bu da onu sübut edir ki, bu sənət yaşayır və inkişaf edir.
   Tədbir çərçivəsində gerçəkləşən ilk müəllif mahnısı konserti “Bakı - ən yeni tarix” adlanırdı. Konsertlər iyulun 19-dək davam edəcək. Festival çərçivəsində yeni filmlərin premyeraları, bədii sərgilər və fotosərgilər, həmçinin açıq yaradıcılıq emalatxanaları təşkil olunacaq. Tanınmış bard, arxitektor və rəssam Aleksandr Baryudinin boya və qrafika əsərlərinin sərgisi də festivalın maraqlı tədbirlərindəndir.
   İyulun 13-də festival çərçivəsində Tbilisi “Müəllif mahnısı klubu”nun konserti olacaq. Festivalın rəsmi açılışı isə iyulun 14-də Novxanıdakı istirahət mərkəzlərinin birində keçiriləcək.
   Builki festivalda ilk dəfə müsabiqə keçirilir. Qaliblər arasında konkret yer bölgüsü (I, II və ya III) nəzərdə tutulmasa da, iyulun 19-da - festivalın bağlanış günü keçiriləcək qala-konsertdə fərqlənənlərə mükafatlar və diplomlar təqdim ediləcək.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar