Xəbər verdiyimiz kimi, cari ilin mayından Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi IV Beynəlxalq uşaq muğam festivalının seçim turları başlanıb. “Kainat” Gənclik Mərkəzindən verilən məlumata görə, iyulun 15-də Azərbaycan Milli Konservatoriyasında festivalın ilk dinləmələri keçiriləcək.
   Bu dəfə seçim turlarının formatında müəyyən dəyişikliklər edilib. Münsiflər heyətinin və təşkilat komitəsinin birgə rəyi nəticəsində iki zonadan olan namizədlər arasında baxış keçiriləcək. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin yerli idarələri və şöbələrinin təşkilati dəstəyi nəticəsində Qarabağ və Gəncə regionundan seçilmiş istedadlı uşaqlar Bakıda peşəkar münsiflər heyəti qarşısında çıxış edəcəklər. Münsiflər heyətinin sədri Xalq artisti, professor Ağasəlim Abdullayevdir. Festivalın final mərhələsi oktyabrda Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar